“Bayaqdan əl-ayağım əsir” — Namiq Aydının vəfatından yazdı
Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) uzun sürən ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.Onun vəfatı sevənlərini, eləcə də sənət yoldaşlarını sarsıdıb.
“Instagram” hesabında mərhumla arxiv görüntülərini paylaşan meyxanaçı, müğənni Namiq Qaraçuxurlu bunları yazıb:
“İndicə aldığım məlumata görə meyxana sənəti bir sənətkarını da itirdi. Bayaqdan əl-ayağım əsir. Arzum var idi söz xiridarlar üçün yeni dəyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin. Kaş bu xəbər yalan olsun”.
Qeyd edək ki, Aydın Xırdalanlı 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi “De, gəlsin” yarışmasının qalibi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır