“Başqaları məni daha gözəl görəcək deyə bədənimə zərər vermək istəmirəm”
“İdmançıların, sənət adamlarının karyerası məhvə gedir. Bir çox sahələr işsiz qalıb. Evini, avtomobilini satan insanlar ümidlə yaşayırlar ki, tez bir vaxtda düzələr. İşləyib qazanacaqlarına, əvvəlki həyata dönə biləcəklərinə ümid edirlər. Halbuki əvvəlki həyatlarını daha da komfortlu, yaxşıya dəyişəcəklərini planlayırdılar”.
“MediaPost” xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri yazıb.

O bildirib ki, ümid etmək insanı xəyal qırıqlığına, məhvə apara bilər:
“Boş xəyallar qurmaq vaxtı deyil. Çətindir, bilirəm. Amma reallığı dərk etmək lazımdır. Xərclərinizi azaldın. Yalnız vacib lazım olan məhsulları və əşyaları alın. Qənaət etməyi öyrənin. Orqanik məhsullara üstünlük verin. Bitkilər haqqında yetərincə məlumat var. Bitkilərdən daha çox istifadə edin, nəinki dərmanlardan. Bütün canlılar özlərini bitkilərlə müalicə edə bilir. Əzəldən insanlar da bacarırdı.
Kəndlərdən, bölgələrdən alın qida məhsullarını (onların da qazancı olsun). Qiymətləri endirin. Başqa çarəmiz yoxdur.
Həyatımızı əvvəlki kimi etməyə yox, bu vəziyyətdən çıxış yolu tapmağa çalışmalıyıq. Mən demək olar ki, salona getmirəm (hər gün gedirdim). Manikür və pedikür etdirirəm ayda 1-2 dəfə – lak da sürtmürəm. Dırnaqlarım kimyəvi, zərərli maddələrdən dincəlsin.
Saçlarım sarışın daha gözəl idi. Amma saçlarımı zədələnmədən qorumaq üçün rəngini dəyişdim, kəsdim ki, daha canlı olsun. Özümü daha çox sevməyə başladım. Başqaları məni daha gözəl görəcək deyə öz bədənimə zərər vermək istəmirəm. Qorumaq istəyirəm saçlarımı, dırnaqlarımı. Hündürdaban ayaqqabılardan bezmişdim zatən. Neçə vaxtdır geyinmirəm, necə də rahatam bir bilsəniz. Kitab oxuyun, dostlar. Beyninizi qidasız qoymayın. “Kim nə deyər”ləri düşünməyin artıq. Rahat olun”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır