Başqa kişidən olan oğlunu tapmaq üçün elə yalan uydurdu ki... - Azərbaycanda şok olay
Lənkərandan “Səni axtarıram”a qatılan Sədəf adlı qadın 1978-ci ildə (15 yaşı olarkən) həyat yoldaşından dünyaya gətirdiyi oğlan övladını başqa ailəyə verdiklərini və indi o övladına qovuşmaq istədiyini bildirib.
Minval.İnfo Milli.Az-a istinadən xəbər verir ki, verilişin bundan öncəki buraxılışında əlaqə yaradan Sədəfin həyat yoldaşı onunla 1979-cu ildə ailə qurduğunu və elə bir övladının olmadığını deyib.
Atanın bu açıqlaması Xoşqədəm və ekspertləri şübhələndirib.
Aparıcı qadına “Kişi deyir ki, mən həyat yoldaşımla 1979-cu ildə evlənmişəm. Uşaq amma 1 il əvvəl doğulub” deyə reaksiya verib.
Qadının yalanına çox da göz yuma bilməyən Xoşqədəm Sədəfin nikahdan öncə bu uşağı dünyaya gətirdiyini və onun başqa kişidən olduğunu açıqlayıb. Aparıcının kəskin reaksiyasını görən qadın həqiqəti etiraf edib.

Qadının özü ilə verilişə gələn iki oğlundan birinin gülüşü isə kameraların obyektivindən qaçmayıb.
Qeyd edək ki, Sədəfin həyat yoldaşından 3 qız, 3 oğlan övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib