Baş Prokurorluq “Masazır” gölü ilə bağlı araşdırmalara başladı
Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.
Qurumdan “Minval.info”ya daxil olan məlumatda deyilir:
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.
Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisində yerləşən “Masazır” gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar yayılıb.
Həmin məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülməklə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəld edilməklə həmin əraziyə Baş Prokurorluğun qeyd edilən idarəsinin və Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.
“Qeyd edilən gölün hazırki ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, məlumatda bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid anasını bu vədlə aldadıb 11 min manat aldı...
“Rusiya Ukrayna yaxınlığında nüvə sınaqları keçirəcək”- NATO-dan XƏBƏRDARLIQ
General Polad Həşimovun komandiri olduğu şəhid baş leytenant
Azərbaycanda kriminal avtoritet saxlanılıb
Mədət Quliyev Aparat rəhbərini işdən çıxarıb, yenisini təyin edib