Baş pediatr vaksinlərin özəl klinikalarda baha olmasının səbəbini açıqlayıb
“Özəl klinikalarda vaksinlərin daha keyfiyyətli olduğu üçün baha satıldığı barədə gəzən şaiyələr özəl müəssisələrlə bağlıdır”.
ONA xəbər verir ku, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru Nəsib Quliyev deyib.
O bildirib ki, Azərbaycan dövləti peyvəndi öz maliyyə vəsaiti ilə alır, UNICEF bu prosesdə yalnız vasitəçilik edir. Peyvəndi ölkədə vurdurmaq pulsuzdur: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan milyon dozalarla peyvənd alır, bu, ona ucuz başa gəlir. Özəl şirkətlər isə vaksinləri dərman şirkətlərindən tək dozalarla alır, ona görə də qiyməti bahalaşdırır. Valideynlər düşünür ki, qiyməti yüksəkdirsə, deməli həmin vaksin daha yaxşıdır. Belə halların olmaması üçün hamımız bu proseslərdən məlumatlı olmalı və ona qarşı mübarizə aparmalıyıq”.
N. Quliyev deyib ki, Azərbaycanda peyvəndi etdirmək könüllüdür, amma valideyn peyvənddən imtina edirsə, bundan yazılı şəkildə imtina etməli və imtinanın səbəbini əsaslandırmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təranə Axundova Salyan xəstəxanasına direktor oldu
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Payızda viruslara qarşı mübarizə: Vacib tövsiyələr
Fəsil dəyişiklikləri: Orqanizmdə hansı dəyişikliklər olur?