Baş nazir maaşlarla bağlı qərarlara dəyişiklik etdi
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi” və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” qərarlara dəyişiklik edib.
Dəyişiklik “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Aprezidentin 2019-cu il 8 fevral tarixli sərəncamını icra etmək məqsədi ilə olunub. Dəyişikliyə görə, həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləği” və yenə də həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği” yeni redaksiyada təsdiq edilib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO