06.10.2026 - 13:53
Barselonada mənzil böhranına etirazlar nəzarətdən çıxdı
Dünya 3 baxış

Barselonada mənzil böhranına etirazlar nəzarətdən çıxdı

İspaniyanın Barselona şəhərində mənzil böhranına qarşı keçirilən etiraz aksiyaları polislə etirazçılar arasında toqquşmalara səbəb olub. Nəticədə, 28 polis əməkdaşı yüngül xəsarətlər alıb.

Minval.info xəbər verir ki, “Pais” qəzetinin məlumatına görə, polis 13 nəfəri saxlayıb. Etirazlar rəsmi olaraq başa çatdıqdan sonra polis əməkdaşları iştirakçılardan dağılışmağı tələb ediblər. Lakin etirazçılar buna cavab olaraq polisə şüşə butulkalar və digər əşyalar atıblar, zibil qablarını yandırıblar.

Saxlanılanlar arasında yetkinlik yaşına çatmayan şəxslər də var. Digər tərəfdən, Barselonada başqa heç bir ciddi insident qeydə alınmayıb.

Son günlərdə İspaniyada mənzil böhranına qarşı kütləvi etirazlar daha da genişlənib. Ölkənin müxtəlif şəhərlərində, o cümlədən Madriddə keçirilən nümayişlərdə minlərlə insan iştirak edib. Hökumətin məlumatına görə, Madriddəki etirazlara təxminən 70.000 nəfər qatılıb, lakin təşkilatçılar bu rəqəmin 500.000 olduğunu iddia edirlər.

İspaniya hökuməti 29 sentyabrda mənzil fərmanlarını təsdiqləsə də, parlament onları qəbul etməyib. Bu vəziyyət 29 noyabrda növbədənkənar seçkilərin elan olunmasına yol açıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: