“Barselona”nın kubokdakı hegemonluğu başa çatıb - VİDEO
İspaniya kubokunda final oyunu keçirilib.
“Barselona” və “Valensiya” klubları Sevilyada üz-üzə gəliblər.
Ölkə çempionu adını qazanan barselonalılar “Qızıl dubl” etmək arzusunu gerçəkləşdirə bilməyib. Kubokun 30 qat qalibi oyunun ilk yarısında buraxdığı iki qoldan yalnız birinin əvəzini çıxa bilib.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Bununla da “Barselona”nın İspaniya kubokundakı hegemonluğu başa çatıb. Son 4 mövsümdə yarışın qalibi olan kataloniyalılar mükafatın Valensiyaya getməsi ilə barışıblar.
Bu, “Valensiya”nın tarixində 8-ci ölkə kuboku olub. “Yarasalar” bu mükafatı sonuncu dəfə 11 il öncə – 2008-ci ildə qazanmışdılar.
İspaniya kuboku
Final
25 may
“Barselona” – “Valensiya” – 1:2
Messi, 73 – Qameyro, 21, Rodriqo, 33
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq