"Barselona"nın baş məşqçisi istefaya göndərilə bilər
“Barselona” futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.
“Report”un məlumatına görə, bu barədə İspaniyanın AS nəşri bildirib.
Qeyd edilir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında – “Vilyarreal”la evdə, “Xetafe” ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.
Kataloniyalılar Valverdenin rəhbərliyi altında dörd dəfə mükafat qazanıblar. Bunlardan ikisi ölkə yarışı – İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının dörddə bir final və yarımfinal mərhələlərinə yüksəlib.
Daha əvvəl bildirilirdi ki, İspaniya “Barselona”sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Neftçi"nin növbəti transferi Bakıya gəlir
Çempionlar Liqası: "Real Madrid"dən darmadağın, "Bavariya"dan isə... - VİDEO
Neymar kriminal seriala çəkilib - VİDEO
UEFA Super Kubokunun sahibi müəyyənləşib
Anası Ronaldunu bu kluba aparır - Sürpriz transfer
Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi məlum olub