"Barselona" Çempionlar Liqasının yarımfinalında "Liverpul"u qəbul edəcək - AFİŞA
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
“Report”un məlumatına görə, erkən final adlandırılan cütün ilk oyununda “Barselona” İspaniyada İngiltərə “Liverpul”unu qəbul edəcək. “Mersisaydlılar” 1/ 4 finalda Portuqaliyanın “Portu” kollektivini, kataloniyalılar isə İngiltərənin digər təmsilçisi “Mançester Yunayted”i mübarizədən kənarlaşdırıb.
Görüş öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlarda isə yalnız Adam Lallana və Roberto Firminonun durumu sual altındadır.
“Barselona” cari mövsüm Çempionlar Liqasında heç bir görüşdə məğlub olmayıb. “Liverpul” isə qrup mərhələsindəki səfər oyunlarının hamısından məğlubiyyətlə ayrılıb.
Komandalar arasındakı cavab oyunu mayın 7-də təşkil olunacaq.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Byorn Keypers (Hollandiya)
Kataloniya. “Kamp Nou”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı