Barbie 2"nin taleyi sual altında: Çəkilişlər niyə dayandırıldı?
“Barbie 2” filminin çəkilişləri, maliyyə danışıqlarının uğursuz nəticələnməsi səbəbindən müvəqqəti olaraq dayandırılıb. Filmin istehsalı, baş rolların ifaçıları Marqo Robbi və Rayan Qoslinq, eləcə də rejissor Qreta Qerviq ilə yeni müqavilə şərtləri üzərində razılıq əldə edilmədiyi üçün təxirə salınıb.
Minval.info xəbər verir ki, “Warner Bros.” studiyası ilə aparılan danışıqlarda aktyorlar və rejissor daha yüksək qonorar və filmin gəlirlərindən pay tələb edirlər. Xüsusilə, Rayan Qoslinq Ken rolunu yenidən canlandırmaq üçün 20 milyon dollar qonorar istəyir. İlk filmin çəkilişi zamanı davam filmi üçün ayrıca müqavilələrin imzalanmaması da danışıqları çətinləşdirən amillərdən biridir.
“Warner Bros. Discovery”nin baş direktoru Devid Zaslav, təqdim olunan şərtləri “həddindən artıq səxavətli” hesab edir. Studiyanın qarşısında vaxt məhdudiyyəti də var. Əgər layihə 2026-cı ilin dekabr ayına qədər istehsal mərhələsinə keçməzsə, “Barbie” filminin ekranlaşdırma hüquqları yenidən Mattel şirkətinə qaytarılacaq.
Rejissor Qreta Qerviq və ssenarist Noa Baumbax artıq filmin süjet konsepsiyasını hazırlayıblar, lakin müqavilələr imzalanmayana qədər ssenarinin yazılmasına başlamayacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!