Bankın qadın əməkdaşı milyonlar oğurladı
Rusiyada bir-birinin ardınca bankların qadın əməkdaşları oğurluq edir. Hər dəfə də söhbət milyonlarla rubldan gedir.
Bizimyol.info xəbər verir ki, Başqırdıstanın paytaxtı Ufa şəhərindəki “Otkrıtie” bankının filiallarının birində böyük pullar yoxa çıxdığı məlum olub. Araşdırma izi qadın əməkdaşlardan birinin üzərinə çıxarıb. Təkcə onun 6,5 milyon rubl (təxminən 100 min dollar) mənimsədiyi dəqiqləşib.
Ümumiyyətlə, bankın əməkdaşı tək oğurlamırmış. Filial müdiri də fəallıq göstəririmiş. Onlar birlikdə son 2,5 ildə 43 milyon rubl (təxminən 650 min dollar) mənimsəyiblər. Hər ikisinə qarşı külli miqdarda mənimsəmə maddəsi ilə cinayət işi açılıb.
Bu il ən səs-küylü oğurluq hadisəsi də Başqırdıstanda olmuşdu. Mayda Salavat şəhərində “Rosselxozbank”ın xəzinədarı Luiza Xayrullina 24,5 milyon rublla (təxminən 400 min dollar) yoxa çıxmışdı. Onu iki ay sonra Kazanda tapmışdılar. Məlum olmuşdu ki, Xayrullina iki uşağı və əri ilə orada kirayədə yaşayır, ailəni tanıyanlardan gizlənirlər. Sonradan xəzinədarın əri Marat Xayrullin etiraf etmişdi ki, pulları qumarda uduzub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
