"Banka 29 min borcum var"
“Atam dostsevən olub, yeyib-içən biri idi. Atam hər zaman istəyirmiş oğlu olsun. Amma üç qızı doğulub. Atam Rusiyaya işləməyə gedib. Bir qohumumuz gəlib dedi ki, atanızın orada oğlu olub. Kaş olardı. Onu axtarırıq, interpola da vermişik. Tapsaq DNT analizi verəcəyik. Dörd bacının bir qardaşı olacaq”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan məşhur stilist Anar Ağakişiyevin “Dəyişən cavab” proqramında deyib. Müğənni atasının ikinci nikahdan olan oğlunu axtardığını bildirib:
“Atamı çoxdan bağışlamışam. Onu anam bağışlamaya bilər. Çünki anam istəyərdi yoldaşı yanında olsun. Anam bizim təhsilimizə güc verdi”.
Müğənni bütün ziynət əşyalarının hazırda bankda olduğunu etiraf edib:
“Anamın evi söküldü, ona görə etdim. Novxanıda bağımız var idi, dələduzlar onu aldatdı. Anam düşünürdü ki, satıb bacılarıma ev alar. Sonra fikirləşdim ki, anama balaca ev alım. 25 min bankdan pul götürdüm. Ödəyirəm, amma hələ də borcum 29 mindir. Deyirəm ki, bəs, mən ödəyirəm borcumu, necə olur? Cavab verirlər ki, bizdə belədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır