Balakəndə köməksiz vətəndaşların təxliyəsi üçün helikopter çağırıldı

Azərbaycanın şimal-qərb rayonlarında güclü leysan yağışları fəsadlara səbəb olub.
Fövqəladə Hallar Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, dünən gecə və bu gün ərzində yağan yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb.
Bundan başqa, açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub.
FHN subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün hadisə yerinə “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və texnikasını cəlb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər