“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VİDEO
“Baku Bus”a məxsus 88A nömrəli müntəzəm maşrut xətti üzrə hərəkət edən 99 JH 233 dövlət nömrə nişanlı avtobusunda tüstülənmə olub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə avqustun 22-də baş verib.
M.Aöayev bildirib ki, bu, texniki məsələdir: “Belə ki, bu, yağın axması nəticəsində əmələ gələn tüstülənmədir və texniki personalın müdaxiləsi ilə məsələ aradan qaldırılıb. Ümumiyyətlə, hazırda “Baku Bus” MMC-nın istismarında olan, eyni zamanda yeni alınan avtobuslarda yanğından mühafizə məsələsi çox ciddi şəkildə nəzərə alınıb. Avtobusların mühərrik hissəsində üçlü yanğın söndürmə sistemi mövcuddur”.
https://youtu.be/CPqBj5_tNQE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı