Bakıya yeni hərbi prokuror TƏYİN EDİLDİ
Bakıya yeni hərbi prokuror təyin edilib.
Minval.info trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.
Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.
Xatırladaq ki, iyunun 21-də keçmiş Bakı hərbi prokuroru ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Baş prokurorun əmri ilə Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dişini çəkdirən xəstə öldü
Rusiya sülhməramlıları Gorusdan Dağlıq Qarabağa yola düşüb VİDEO
Nurməhəmmədov həmkarı ilə əlbəyaxa oldu - Video
Mətanətdən qadına şiddət açıqlaması: "Hökmlü kişi pisdir?"
Maqsud Mahmudov: "Ona 28 min manatlıq tapança verdim"
İlham Əliyev ədliyyə işçilərini və hakimləri təbrik etdi