Bakıya gələn mikroavtobus aşıb: 6 nəfər xəsarət alıb - Foto, Video
Şəkidən Bakı istiqamətindən hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəkinin Aşağı Göynük kəndi ərazisində baş verib.
99-GH-938 dövlət qeydiyyat nişanlı, “Ford” markalı mikroavtobusun idarətməni itirərək aşması nəticəsində üçü azyaşlı olmaqla, altı nəfər xəstəxanaya çatdırılıb.

Yaralılar mikroavtobusun sürücüsü 30 yaşlı Anar Rüstəmov, 53 yaşlı Nüşabə İsayeva, əslən misirli olan 59 yaşlı Aşraf Cəlal Saat oğlu, 12 yaşlı Selcan Cəlal Aşraf qızı, 17 yaşlı Aytən Canəliyeva və doqquz yaşlı Ayan Hacıyevadır.
Xəstəxanadan verilən məlumata görə, azyaşlıların heç biri ciddi xəsarət almadığından ambulator müalicəyə yola salınıblar, digər şəxslər isə stasionar müalicəyə alınıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Evlərdən xüsusi üsulla oğurluq edən Günay tutuldu
"Qonşu qadınlar məni bıçaqlamaq istədilər" - müəmmalı hadisə
Tovuzda zəncirvari avtomobil qəzası - FOTOLAR
Yük və minik maşınları toqquşdu - VİDEO
Zaqatalada faciə...
Bakının mərkəzində qumbara tapıldı
Azərbaycanda polis baş leytenantı həlak oldu