Bakının ən çox bu rayonları koronavirusa yoluxdu - SİYAHI
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb.
Minval.info koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son statistikaya əsasən, ən çox yoluxma Binəqədi, Yasamal, Xətai rayonlarındadır. Binəqədidə yoluxma 12.3 faiz, Yasamalda 12.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda 9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6.0 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO