Bakının mərkəzində "Mercedes-Maybach" dəhşətli qəza törətdi - VİDEO
Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli “Mercedes-Maybach” markalı avtomobil qəza törədib.
Avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb.
Minval.info Report-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər – “Mercedes”in arxadan vurduğu “Opel” markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.
Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, “Mercedes-Maybach”in 2019 modelinin qiyməti 350 min manatdan başlayır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı