Bakının bu ərazisində söküntü başlanılır
Bakının “Sovetski” adlanan ərazisində yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir və ona görə də onun tam icrası azı bir il də davam edəcək.
Minval.info trend-ə istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, bu layihə Bakının Baş Planının vacib lokal elementlərindəndir: “Hazırda “Sovetski” ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir. Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib. Bu gün “Sovetski”də ümumi istifadə və istirahət üçün nəzərdə tutulmuş park zonasının yaradılması üzrə iş davam etdirilir. Burada rekreasiya zonası yaradılır və artıq yaşıllaşdırma prosesi başlayıb. Bu işlər Təzəpir məscidinin olduğu yerə qədər aparılacaq”.
Komitə rəsmisi əlavə edib ki, Bakıda evlərin sökülməsi “Kubinka” adlanan ərazidə də planlaşdırılıb, amma bu prosesin başlayacağı tarixi indidən demək çətindir: “Bakıda lokal söküntülər öz bizneslərinin böyüməsində maraqlı olan özəl şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu, istənilən tikinti təşkilatı və ya şəxs ola bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir
Lavrov Mirzoyanı çağırıb dedi ki, sülh müqaviləsi bağlamayın
Rüfət Aslanlının avtomobil kolleksiyası (FOTOLAR)
Bakıda maşının vurduğu qadın küçədə can verdi – DƏHŞƏTLİ VİDEO
Şadlıq evində İzzət Bağırova hücum — Manaf Ağayev işə qarışdı və... - VİDEO
