Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakı şəhəri Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Minval.İnfo-ya məlumat verilib.
Məlumata görə, yeni çəkilmiş diametri 76mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski küçəsi 72 ünvanında yeraltı diametri 108mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar aprelin 27-də saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində,eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramil Usubov Sumqayıta yeni rəis təyin etdi
Bakıda qanunsuz satılan psixotrop tərkibli dərmanlar aşkarlanıb – FOTO
Həbsdə olan MTN generalının işi Hərbi Məhkəməyə qaytarıldı
Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürüldü
Yeni rəis təyinatı olub
3 nəfər vəfat etdi, 673 nəfər sağaldı