Bakının bir neçə ərazisində hərəkət məhdudlaşdırılır: "Binəqədi, Biləcəri, Neftçilər..."
Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 11:00-dan axşam saatlarına qədər Binəqədi rayonunun Biləcəri dairəsində, saat 22:00-dan səhər saatlarına qədər isə Səbail rayonunun Neftçilər prospektinin Əziz Əliyev və Rixard Zorge küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Minval.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
Yağış Bakıda yolları iflic etdi: Küçələr keçilməzdir
YAP VIII Qurultaya hazırlıqlara başladı
15 yaşlıların oxu savadlılığı zəifdir: Nazir açıqladı
Azərbaycanda 15 yaşlı qızlar oxuda oğlanları keçdi
Azərbaycan PISA-da riyazi savadlılıqda 49-cu yerdədir