Bakıdan Tərtərə: Elektrik kəsintiləri hansı əraziləri əhatə edəcək?
Bu gün Azərbaycanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. Bakı, Göyçay, Mingəçevir və Tərtər şəhərlərinin müəyyən hissələrində işıq kəsintiləri planlaşdırılıb.
Minval.info xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, Bakı şəhərinin Yasamal rayonunda Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova və Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisi kəsiləcək.
Göyçayda isə Qaraməryəm, Şahsoltanlı və Yekəxana kəndlərində saat 09:00-dan 12:00-dək, şəhər ərazisində isə Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, Nizami küçələri və Cəyirli, Çayarxı, Hacalıkənd, Qarabaqqal, Türkman kəndlərində saat 10:00-dan 15:00-dək elektrik enerjisi olmayacaq.
Mingəçevir şəhərində Təbriz, Yaşar Muradov, Koroğlu və Züleyxa Həsənova küçələrində saat 09:00-dan 13:00-dək işıq kəsiləcək. Tərtərdə isə saat 10:00-dan 12:00-dək 10 kV-luq 3 saylı “Xoruzlu” hava xəttindən qidalanan yaşayış məntəqələrində enerji verilişi dayandırılacaq.
Bu tədbirlər enerji təchizatının keyfiyyətini və dayanıqlığını artırmaq məqsədilə həyata keçirilir. İşlər tamamlandıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha sabit elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!