Bakıdan çıxışda tıxac, rayona gedənlər geri qaytarılacaq
Hazırda Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb. Bu gecə saat 12-dən tətbiq ediləcək sərt karantin rejimində evdə qalmaq istəməyənlər rayonlara üz tutub.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda iyulun 1-dək karantin rejimi uzadılıb:
“Hazırkı qərara görə, bu müddətədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin təxirəsalınmaz hallardan başqa, şəhər ərazisini tərk etmək qadağandır:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunun sakinləri ikigünlük karantin dövründə istirahət üçün rayonlara üz tutub. Buna görə də Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Ələt-Astara istiqamətində quraşdırılmış polis postlarında sıxlıq yaranıb. Çünki Bakı, Sumqayıt və Abşeron sakinləri həmin postlarda saxlanılaraq geri qaytarılır. Vətəndaşlara müraciət edirik ki, rayonlara getməyə cəhd etməsinlər, çünki geri qaytarılacaqlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda