Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi
Bir neçə gün öncə Bakıda baş verən silahlı atışmaya görə daha iki nəfər saxlanılıb.
Biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarışda idilər.
Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu olan İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralanan olmayıb. Lakin İ.Əzizov onları saxlamaq üçün hadisə yerinə gələn polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Bu işlə bağlı 3 maddə üzrə cinayət işi başlanılıb, İ.Əzizov da daxil olmaqla 10-a yaxın şəxs saxlanılıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda