21.08.2026 - 09:19
Ölkə 528 baxış

Bakıdakı kabab evində at əti skandalı: Ucuz kababın təhlükəsi nələrdir?

Bakı şəhərində yerləşən “İbrahim Tatlışiş” kabab evində aparılan yoxlamalar zamanı at əti izləri tapılıb. Bu müəssisə Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərir və Nəbiyev Ağaisa Əlisa oğluna məxsusdur.

Minval.info xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən yoxlamalar zamanı müəssisədə sanitar-gigiyenik qaydaların pozulduğu və izlənmə sisteminin tətbiq edilmədiyi də aşkar edilib.

Qida eksperti Fərid Səfərov qeyd edir ki, bu cür hallar, xüsusilə ucuz qiymətə satılan kabablarla bağlı narahatlıq doğurur. O, bildirib ki, ətin mənşəyinin sənədlərlə təsdiqlənməsi və izlənmə sisteminin mövcudluğu vacibdir. Ekspert əlavə edib ki, digər ucuz kabab yerlərində də bu cür halların olub-olmadığını yalnız laborator müayinələr müəyyən edə bilər.

İstehlakçılara tövsiyə olunur ki, mənşəyi bəlli olmayan və sanitar-gigiyenik qaydalara əməl edilməyən məhsullardan uzaq dursunlar. Ətin növünü dəqiq müəyyən etmək yalnız laborator DNT müayinəsi ilə mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: