Bakıdakı “borc aparatları” yığışdırıldı - Dövlət qurumları əməliyyat keçirdi
Bakıda “Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.
“Minval.info”nun məlumatına görə, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub. Əməkdaşımızın müşahidəsi zamanı bəlli olub ki, bu günə qədər pul götürən vətəndaşlar borclarını geri ödəmək istəyirlər, amma cihazlar qapalıdır.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Belə daha yaxşıdır, pulumuz cibimizdə qaldı, bağlansın, ödəməyək” – deyənlər də var, “Bu sistem 15 gün sonra bərpa olunsa, məndən artıq faiz istəyəcəklər? Ödəyən deyiləm. İndi ödəmək istəyirəm, işləmir” deyən də… Amma bəlli olan budur ki, hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 AZN məbləğində borc pul alırdılar.
Həmin borc beş gün ərzində 21 AZN şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 AZN götürmək mümkün idi.
Məhəmməd Türkmən
Minval.info
Bakıda insanları daha da borca salan cihazlar peyda olub – FOTOLAR
Camaatı borca salan “Azpulmat”ın başı dərddə – RƏSMİ
Camaata pul verən aparatın sahibini nə gözləyir? – hüquqşünasdan ilginc şərh
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
