Bakıda zibil maşınının avtobusa çırpıldığı qəza anı – Video
Aprelin 27-də Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır.
Hadisə nəticəsində 24 sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranıb.
Göründüyü kimi, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, ya da zolağı dəyişib hərəkətini davam etdirir.
Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı