Bakıda yaşayış binasında yanğın: ölən var
Gecə paytaxtda iki yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb.
Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bundan başqa, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı