02.06.2019 - 10:46
Hadisə
20 baxış
Bakıda xanım sürücü icarəlik avtomobillə qəza törədib, xəsarət alanlar var - VİDEO
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info ONA-ya istinadla xəbər verir ki, Zərifə Əliyeva küçəsində “Kia” markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığında hərəkətinə davam edib.
Bu zaman onun avtomobili A.Bakıxanov küçəsi ilə hərəkətdə olan “BMW” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Kia” yol kənarındakı səkiyə dəyib. Qəza nəticəsində “Kia” sürücüsü və bir sərnişin xəsarət alıb. “BMW”-nin sürücüsü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24