06.08.2026 - 02:47
Ölkə 20 baxış

Bakıda və ağdaşda Sabah işıqsız qala bilərsiniz: Hansı ərazilər təsirlənəcək?

Bu gün Bakı və Ağdaş şəhərlərinin müəyyən bölgələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. Bu fasilələr təmir işləri ilə əlaqədardır.

Minval.info xəbər verir ki, “Azərişıq”ın verdiyi məlumata əsasən, elektrik enerjisinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə avqustun 5-də paytaxtda Transformator Məntəqəsində, Ağdaşda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət etdiyi Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisi kəsiləcək. Nərimanov rayonunda isə Böyükşor qəsəbəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək elektrik enerjisindən məhrum olacaq.

Ağdaş Elektrik Şəbəkəsinin ərazisində isə Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri və Türyançay qəsəbəsi, eləcə də şəhər ərazisində 42-ci məhəllə saat 10:00-dan 13:00-dək, Qoşaqovaq, Qolqəti və Şəkili kəndləri isə saat 10:00-dan 14:00-dək elektrik enerjisi ilə təmin olunmayacaq.

Təmir işləri başa çatdıqdan sonra bu ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: