Bakıda uşaq “vergiliyəm” deyən valideyni tərəfindən ölümə məhkum edildi - VİDEO
“Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib”.
BunuOxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib:
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
“Ailə Xəzər rayonu, Binə qəsəbəsində səfalət içində yaşayır. Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var.
Dünən qonşu azyaşlı uşağı məcburi şəkildə xəstəxanaya yerləşdirib”.
K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edib:
“Komitəyə səslənirəm. Bu qurum son vaxtlar çox aktiv şəkildə çalışır. Onların köməyilə neçə uşağı ağır vəziyyətdən xilas etmişik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"