Bakıda uşaq və qadın "Kamaz"ın altına düşməkdən son anda xilas oldu - VİDEO
Bakıda dəhşətli qəzanın qarşısı son anda alınıb.
Minval.info “avtosfer.az”a istinadən xəbər verir ki, 10 TH 407 dövlət nömrə nişanlı marşrut avtobusu piyada keçidinin üstündə saxlayıb.
Bu zaman hərəkətdə olan “Kamaz” markalı yük maşını onu ötmək istəyir.
Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçır.
Qadın isə onun ardınca gedir. Son anda yük maşının altına düşməkdən xilas olur.
“Kamaz”ın sürücüsü manevr edir, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilir. Nəticədə bədbəxt hadisə baş vermir.
Avtobus piyada keçidinin üstündə dayanmaqla, “Kamaz” sürücüsü sürəti azaltmamaqla qaydanı pozur.
Piyadalar isə müəyyən olunmuş yerdən yolu keçməlidir.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı