Bakıda üç nəfəri zorladılar - Birinin 13 yaşı var
Bakının Nəsimi rayonunda 13 yaşlı qız zorlanıb.
Minval.info xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Polisə yeniyetmənin anası şikayət edib. Qadının sözlərinə görə, cinayət iyunun 2-də onların şəxsi mənzilində törədilib. Uşağın anası deyib ki, qızı ilə cinsi əlaqədə olan şəxsin adı Rəsuldur.
20-ci Polis Bölməsinin əməkdaşlarının araşdırması zamanı şübhəli şəxsin kimliyi müəyyən olunub. Məlum olub ki, cinayətkarın adı heç də Rəsul deyil. O, Masallı rayon sakini D.Nuriyevdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin saxlanması istiqamətində tədbirlər görür. D.Nuriyevin zorakılıq qurbanının evinə necə daxil olması və cinayətin digər təfərrüatı aydınlaşdırılır.
Qeyd edək ki, zorlama faktı ilə bağlı daha iki şikayət Suraxanı və Səbail rayonlarından daxil olub. Birinci halda Həzrət adlı şəxs 23 yaşlı qızı zorlamaqda ittiham edilir. Digərində isə bir kişi 45 yaşlı qadını cinsi əlaqəyə məcbur edib. O, qadını fotolarını yaxınlarına göstərəcəyi ilə hədələyib.
Hər iki halda zərərçəkənlər polisə müraciət ediblər. Faktlarla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı