Bakıda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranda baş vermiş zəhərlənmə ilə bağlı açıqlama verib.
AQTA-dan “Minval.info”ya bildirilib ki, hadisə ilə bağlı quruma heç bir müraciət daxil olmayıb:
“Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır”.
Xatırladaq ki, noyabr ayının 13-də Bakıda “Şahənşah” restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Məclis sahibi Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib.
İlk zəhərlənənlərdən biri isə bəyin dayısı oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Oğlanın mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə, hələ də ev şəraitində müalicə alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı