Bakıda tanınmış şirkətin əməkdaşına 14 bıçaq vurana hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Tural Kuboşuv 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 25-də Yasamal rayonunda “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və ona 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. O, bir müddət “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü işləyib.
1983-cü il təvəllüdlü T.Kubuşov Cinayət Məcəlləsinin 29,120.2-ci (qəsdən adam öldürməyə cəhd), 181-ci (quldurluq) maddələri ilə ittiham edilir.
T.Kubuşov məhkəmədə verdiyi ifadədə ittihamı qəbul etməyib və hadisə baş verən zaman başqa ərazidə olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı