Bakıda sürücü yol polisinin üstünə silah çəkdi - Hadisə yerindən qaçdı

Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.
Minval.İnfo Report-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Volkswagen” markalı, “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.
T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.
Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib