Bakıda sərnişinin üzərində 4 milyon manatlıq brilyant aşkarlandı
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən böyük miqdarda brilyant qaşların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb. Gömrük nəzarətindən gizlədilən bu qiymətli daşlar ölkəyə keçirmək istəyən şəxs saxlanılıb.
Minval.info xəbər verir ki, Şarja-Bakı aviareysi ilə ölkəyə daxil olan Qazaxıstan vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarəti zonasını tərk etmək niyyətində olub. Lakin onun şübhəli davranışları gömrük əməkdaşlarının diqqətini çəkib.
Sərnişin “Qırmızı Kanal”a yönləndirilib və burada gömrük nəzarəti formaları tətbiq olunub. Nəticədə, şəxsin üzərində gömrük orqanına bəyan edilməmiş və gizlədilmiş 2502.524 karat brilyant qaşlar aşkar edilib.
Mütəxəssislər tərəfindən qiymətləndirilən brilyant qaşların dəyəri 4 milyon manatdan artıqdır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Füzulidə toy dönüşü faciəli qəza: müəllim və şagirdlər həlak oldu
Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Mersində silahlı hücum: yeni evli qadın həyatını itirdi
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO