29.12.2019 - 12:00
Hadisə
14 baxış
Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada öldü
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda baş verib.
Goranboy rayon sakini, 29 yaşlı Yavər Əliyev dekabrın 26-da Zabrat-Pirşağı şossesinin “İstixana” deyilən ərazisində yolun kənarında arvadı, 24 yaşlı Nurənə Əliyevanı qısqanclıq zəminində yumruq və təpiklə döyüb. N. Əliyeva yerləşdirildiyi 3 saylı Şəhər Klinik Xəstəxanasında dekabrın 28-də vəfat edib.
Meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24
