06.10.2018 - 21:06
Kriminal
42 baxış
Bakıda qardaş qardaşını anasının gözləri qarşısında toyuq üstündə öldürdü

Toyuq üstündə qardaşlar arasında düşən dava ağır cinayətlə yekunlaşıb. Biri digərini bıçaqlayaraq anasının gözləri qarşısında qətlə yetirib. Qanlı cinayət paytaxtın Suraxanı rayonunda baş verib.
Qardaş qardaşını toyuq üstündə bıçaqlayaraq qətlə yetirib.
Ağır cinayət paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşıƏdil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyyəsindən bir bıçaq zərbəsi vurub. Çox qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb.
Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib. Hadisə yerinə rayon prokurorluğunun və ərazi üzrə 30-cu polis şöbəsinin əməkdaşları gəlib. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Araşdırma zamanı məlum olub ki, Ədil Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.
Mərhumun atası Xaləddin Kərimov isə bildirdi ki, oğlanları evdə mübahisə ediblər. Amma ata iddia edir ki, kiçik oğlu qardaşını bıçaqlamayıb.
Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə Ağamalı Kərimovu saxlayıblar. İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Zəngəzur dəhlizi Azərbaycanda başlayıb bitəcək
17.09.2026 - 11:23
Gürcüstanda keçmiş DTX rəhbərinə 13 il həbs
17.09.2026 - 11:16
Cavid Qurbanovun qohumuna şərti cəza verildi
17.09.2026 - 09:59
Erməni yalanları ifşa edilir: Azərbaycan həqiqətləri ön planda
17.09.2026 - 09:52
Mingəçevirdə xəstəxanada kart oğurluğuna hökm oxundu
17.09.2026 - 09:17
Xırdalanda faciə: 19 yaşlı idmançı qumbara qurbanı oldu
17.09.2026 - 08:07
Tiktoker Əhdi və dostu azadlığa buraxıldı
16.09.2026 - 23:21
FES faiz artımı: ABŞ iqtisadiyyatı sarsılır?
16.09.2026 - 22:53