Bakıda plastik əməliyyata girən ərəb qadın komaya düşüb?
Bakıda liposaksiya əməliyyatına girən ərəb turist komaya düşüb. “Qafqazinfo” xəbər verir ki, turist Rasa Ellemzadaa Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib.
Əməliyyat zamanı vəziyyəti pisləşən xəstə Baku Medical Plazaya yerləşdirilib. Hazırda komadadır. Əldə etdiyimiz məlumata görə, emboliya (piyin qana keçməsi) halı baş verib.
Klinikanın Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri Elxan Bəşirov axsam.az-a açıqlamasında məsələyə münasibət bildirib:
“Liposaksiyadan sonra belə hallara rast gəlmək mümkündür. Piy bolizması deyilən bir hal baş verir. Belə bir fəsad yaranması hallarına rast gəlirik. Xəstə hazırda klinikamızdadır, müalicə alır. Daha geniş məlumat verə bilmərik”.
Əməliyyatı icra edən həkimlərdən olan P.Əhmədov isə ərəb qadını əməliyyat etdiklərini təsdiqləyib. O, xəstənin başqa klinikaya köçürülməsinin səbəbini isə belə izah edib:
“Xəstə komaya düşməyib. Bizim klinikada bir neçə gün qaldı da. Sadəcə, daha yaxşı şəraiti olan bir klinikaya getmək istədi. Onun Amerika sığortası var, yüksək şəraitdə müalicə almaq istəyir. Biz onu digər xəstəxanada da müayinə etmişik. Hazırda səhhəti yaxşıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO