Bakıda perseid meteor yağışının möhtəşəm şousunu qaçırmayın!
Bakıda yaxın günlərdə Perseid meteor yağışını izləmək imkanı yaranacaq. Bu təbii hadisə 24 avqusta qədər davam edəcək.
Minval.info xəbər verir ki, Bakı Dövlət Universitetinin fizika fakültəsinin astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının ən yüksək aktivliyi 13 avqustda, Bakı vaxtı ilə saat 06:00-da baş verəcək.
Perseid meteorları, “109P/Swift-Tuttle” kometası tərəfindən buraxılan toz və kiçik daş parçalarının Yer atmosferinə daxil olması nəticəsində yaranır. Bu meteor yağışı adını Perseus bürcündən alır, çünki meteorlar bu bürcdən çıxır kimi görünür.
Bakıdan bu bürc bütün gecə boyunca görünür, bu da Perseid meteorlarını istənilən vaxt izləməyə imkan verir. Radiantın ən yüksək nöqtəsi səhərə yaxın olur, Bakı üçün bu vaxt təxminən saat 06:00-a təsadüf edir.
Meteor yağışını izləmək üçün ən yaxşı şəraiti təmin etmək məqsədilə şəhər işıqlarından uzaq, qaranlıq bir yer seçmək tövsiyə olunur. 12-dən 13-ə keçən gecə, xüsusilə səhər saatlarında hava şəraiti əlverişli olarsa, müşahidəçilər onlarla, hətta yüzlərlə meteor görə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır