Bakıda 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək – SİYAHI
Avqustun 15-dən etibarən Bakı şəhərində 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayacaq. Bu addım “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar atılır.
Minval.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə yerüstü nəqliyyatda əlavə tədbirlər həyata keçirəcək. Bunun üçün yeni ekspres marşrutlar istifadəyə veriləcək, eyni zamanda mövcud avtobus xətlərinin fəaliyyəti də gücləndiriləcək.
Bildirilib ki, yeni ekspres avtobuslar metronun iş rejiminə uyğun olaraq hər gün səhər saat 06:00-dan gecə yarısınadək sərnişinlərə xidmət göstərəcək.
Yeni marşrutlar aşağıdakılardır:
- M1 – “Elmlər Akademiyası” – “28 May”
- M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”
- M3 – “20 Yanvar” – “Nizami” – “28 May”
- M4 – “20 Yanvar” – “Koroğlu”
- M5 – “20 Yanvar” – “Gənclik”
AYNA yaxın günlərdə marşrutların hərəkət sxemi və intervalları ilə bağlı əlavə məlumatın təqdim olunacağını da açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!