04.08.2026 - 20:32
Ölkə 23 baxış

Bakıda mübahisəli əsgərlik: 8 il sonra yenidən xidmətə çağırılan gəncın dramı

Səkkiz il əvvəl hərbi xidmətə yararsız hesab edilən bir gənc bu il yenidən tibbi müayinədən keçərək əsgərliyə çağırılıb. Gəncin həyat yoldaşı bu barədə məlumat verib.

Minval.info xəbər verir ki, 25 yaşlı Amil Əliyev 2018-ci ildə hərbi-həkim komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız elan edilmişdi. Lakin bu il keçirilən yeni tibbi müayinələrdən sonra iyul çağırışı zamanı xidmətə göndərilib.

İddiaya görə, Amil Əliyevin sol ayağı iki yerdən sınıb və sümüklərin birinin digərinin üzərinə çıxması nəticəsində ayağında təxminən iki santimetr qısalıq yaranıb. Bundan əlavə, onun sol qolunda da problem olduğu bildirilir.

Əliyev hərbi xidmətə aparılmadan əvvəl qərarla razı olmadığını bildirmiş və sağlamlıq problemlərini qeyd etmişdi. Buna baxmayaraq, iyulun 28-də hərbi xidmətə yola salınıb.

Çağırışçının həyat yoldaşı bildirib ki, əsgərliyə göndərildikdən sonra aparılan tibbi müayinələrin nəticələri gəlib və Amil Əliyevin hərbi xidmətə yararsız olduğu müəyyən edilib. Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin rəsmi sənədində ona “C” kateqoriyası, yəni dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərarı verilib.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: