Bakıda motosiklet avtomobillə toqquşdu – 22 yaşlı sürücü ağır xəsarət aldı
Bakıda motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 22 yaşlı gənc xəsarət alıb.
Minval.info xəbər verir ki, qəza avqustun 4-də saat 10:25 radələrində Xətai rayonu, Nəsrəddin Tusi küçəsində baş verib. Hadisə yerinə çağırılan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadası yaralını ilkin tibbi yardımdan sonra Sabunçu Tibb Mərkəzinə çatdırıb.
2004-cü il təvəllüdlü motosiklet sürücüsünə çanaq və bilək sümüklərinin yerdəyişən qapalı sınığı diaqnozu qoyulub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, toqquşma nəticəsində motosiklet sürücüsü ciddi xəsarət alıb və dərhal xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sərnişinin üzərində 4 milyon manatlıq brilyant aşkarlandı
Ukrayna müharibəsində Avropa çempionu Soslan Qaqloyev həlak oldu
Qarabağ Universitetində müəllimin həbs edilməsi hadisəsi
Bakıda 33 nömrəli avtobusda sərnişinlə sürücü arasında insident
Nyu York Times rəhbəri Kaliforniyada qətlə yetirildi
İranda borc qalmaqalı: İstanbulda təyyarəyə həbs qoyuldu
Rusiyada fişəng zavodunda dəhşətli yanğın nəticəsində 5 nəfər ölüb