Bakıda maraqlı hadisə - Telefonu oğurlayıb sahibinə məktub yazdı - Foto
Bakıda maraqlı hadisə baş verib.
Minval.info xəbər verir ki, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən playstation klubda oğurluq olub. Belə ki, orada çalışanlardan biri olan Məhəmməd adlı gəncin mobil telefonu oğurlanıb.
Hadisənin maraqlı tərəfi budur ki, oğurluq edən şəxs bunu etməyə məcbur olduğunu qeyd etdiyi məktubla telefonun sahibinə üzrxahlıq edib: “Salam, Məhəmməd, necəsən? Mən neçə vaxtdır iş axtarırdım, tapa bilmirdim. Qaqam, dünən sənə qarşı pislik etdim, telefonu apardım. Uşağım xəstədi və 67 manat dərman pulu lazım idi. Telefonu da 45 manata satdım. Qaqa, səbrli ol! İşləyim, gələn ay pul yığıb, telefon alıb verəcəm. Müdirə de, bir az köməklik üçün səbrli olsun. Vallah işləyim, gələn ay alacam, verəcəm. Sağ ol”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda koronavirusa daha çox bu zonanın əhalisi yoluxub
“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…
Siyavuş Novruzov canlı yayımda şeir dedi - VİDEO
Toyda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO
Peskov: "Qarabağda vəziyyəti normallaşdırmaq üçün səy göstəririk"

