Bakıda məktəb direktoru 47 yaşında vəfat edib
Laçın rayon 10 nömrəli tam orta məktəbin direktoru Gülşən Tağıyeva vəfat edib.
Minval.info “Report”a istinadla xəbər verir ki, o, 47 yaşında dünyasını dəyişib.
Sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən direktorun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Sulutəpə qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Tağıyeva Gülşən Saday qızı 1973-cü ildə Laçın rayonunun Daşlı kəndində anadan olub. 2004-cü ildən Laçın rayon 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyirdi.
Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrın 3-də imzaladığı sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Mərhumun 4 övladı var.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi
Şəmkirdə dərmandan zəhərlənən qadın öldü
Xırdalanda güclü yanğın: FHN dərhal müdaxilə etdi
Normadan artıq yüklənmə: Yollar və həyat üçün təhlükə!
Goranboyda partlayış sonrası təhlükəsizlik bərpa edildi