08.10.2018 - 22:21
Ölkə
3 baxış
Bakıda məhkuma gözyaşardıcı qaz balonu ötürmək istədilər

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Minval.İnfo Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əzizov Qurban Alduz oğluna tanışı, Bakı şəhər sakini Abbasov Elşən Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd Ukrayna istehsalı olan “TEPEH-1” markalı gözyaşardıcı qaz balonu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dezinfeksiya işləri aparılır
21.06.2020 - 11:22
Kəlbəcər girovu ailəsinə məktub yazıb
14.01.2019 - 16:40
İrandan Azərbaycana "şokoladlı narkotik" keçirmək istəyənlər saxlanıldı
21.08.2019 - 12:49
Bürclər - 19 avqust
19.08.2018 - 00:08
Bürclər - 10 aprel
10.04.2018 - 00:04
Zakir Qaralov vəzifədən getdi, “Akkord” çökdü... – Aylardır maaşlar verilmir
02.08.2021 - 13:28