30.04.2018 - 23:58
Ölkə
20 baxış
Bakıda körpələr evinə gətirilən ərzaqlar hara daşınır? - VİDEO

Bakıda 1 saylı körpələr evi ilə bağlı sosial şəbəkədə qalmaqallı video görüntülər yayılıb.
Minval.İnfo xəbər verir ki, videodakı şəxslər valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür.
Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb.
O bildirib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb:
“Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır… O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var”.
Qeyd edək ki, iş vaxtı olmadığı üçün körpələr evindən münasibət öyrənmək mümkün olmadı.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
06.09.2026 - 20:42
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
06.09.2026 - 20:35
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
06.09.2026 - 20:14
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
06.09.2026 - 17:54
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
06.09.2026 - 16:09
Emin TM: TikTok-da yeni əyləncə dalğası
06.09.2026 - 15:41
Xankəndi klubunda yeni məşqçi təyinatı!
06.09.2026 - 14:45
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
06.09.2026 - 14:38