06.09.2019 - 09:36
Hadisə
17 baxış
Bakıda kişi dostunu bıçaqla boğazından vurdu
Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, A.Məmmədov küçəsi ev 23 ünvanında keçmiş məhkum 1983-cü il təvəllüdlü Şahnəzər Məmmədov dostu, 1984-cü il təvəllüdlü Anar Qasımovun yaşadığı evə gedib.
Onlar arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Ş.Məmmədov A.Qasımovun boynuna bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Ş.Məmmədovu saxlayıb.
Hadisənin təfərrüatları araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24